Siyəzəndə qadınlar bayramı qeyd olunub

Martın 7-də Siyəzən rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
ATİAHİ Siyəzən rayon komitəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon məktəblərindən qadın müəllimlər iştirak ediblər.
Qadınları təbrik edən rayon komitəsinin sədri Gülər Babayeva cəmiyyətimizdə qadınlara olan ali münasibətdən, gender bərabərliyindən və bu sahədə ölkəmizin uğurlarından, bütün siferalarda qadınların səmərəli əməyindən danışıb. Bildirib ki, ölkəmizdə qadın hüquqları ən ali səviyyədə qorunur və dövlətimiz bu məsələyə xüsusi diqqət yetirir.
Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan qadının fədakarlığından, şəhid analarının iradəsindən söz açıb. Onun sözlərinə görə, minilliklərə söykənən tariximizin hər bir səhifəsində Azərbaycan qadınının parlaq izi var və onlar hər zaman gələcək nəsillərə nümunə olublar.
Sonda xanım müəllimlərə Fəxri fərman və hədiyyələr təqdim olunub.  
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo